Erkən doğuşun əsas səbəbi bilindi

Erkən doğuşun əsas səbəbi bilindi
2417 dəfə oxunub
  • A-
  • A
  • A+

Hamilə qadınların övladlarını vaxtından öncə dünyaya gətirmələri çox adamın rastına çıxıb.

Bəzən bu cür uşaqların səhhətlərində problem də yaşanır. Ancaq artıq belə problemləri minimuma endirmək mümkün olacaq.

Axşam.az milli.az-a istinadən bildirir ki, avstraliyalı alimlər erkən doğuşların əsas sirrini aça biliblər.

Araşdırmalar nəticəsində məlum olub ki, uşağın doğum günü üçün qadın orqanizminin istehsal etdiyi zülal mühüm rol oynayır. Məhz bu maddə doğuş prosesini hərəkətə gətirir.

Alimlər qeyd edirlər ki, hormonal məhsullar haqqında əvvəllər də məlumatlar var idi. Ancaq indiyə qədər doğuş üçün məsul olan zülal haqda dəqiq bilgilər yox idi.

Bütün bu informasiyaları jurnalistlərə Melburn institutunun profesoru Şon Bronnik verib.