Hamilə qadınlara məsləhətlər

Hamilə qadınlara məsləhətlər
2295 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınların həyatında ən önəmli dövrlərdən biri də hamiləlikdir.

Hamilə qadınların ən çox əziyyət çəkdikləri hal isə ürəkbulanmasıdır. Ürəkbulanma əsasən, hamiləliyin V-VI həftəsində başlayır və daha çox səhərlər olur. Bu hal hamiləlik dövründə üç ay güclü şəkildə davam edir.
Bəs görəsən ürəkbulanmanı azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün nə etmək lazımdır?

Axşam.az xarici mətbuata istinadən hamiləlik zamanı ürəkbulanmanı azaltmaq üçün peşəkarların verdiyi məsləhətləri təqdim edir:

1. Hamiləlik dövründə dəmir qablardan istifadə etməyin. Birdəfəlik çəngəldən, qaşıqdan istifadə etsəniz, daha yaxşı olar. Eyni zamanda hamiləliyinizin ilk aylarında tərkibində dəmir olan dərmanlar qəbul etməyin.
Dişlərinizi tez-tez fırçalamayın. Onları gündən bir dəfə fırçalayın. Özü də yeməkdən əvvəl, yəni ac olanda.

2. Mədənizi boş saxlamayın. Gün ərzində 3 dəfə yemək yeməkdənsə, az-az 6-7 dəfə yemək məsləhətdir.
Hamilə qadınlarda  ürəkbulanma daha çox səhər olur. Gecə yatmazdan əvvəl yatağınızın yanına duzlu peçenyelər qoyun. Səhər yuxudan ayılanda yataqdan qalxmağa tələsməyin. Duzlu peçenyelərdən bir az yeyin. Bu, gün ərzində olan ürəkbulanmanın qarşısını alır.

3. Qazlı su içməyin. Ancaq susuz da qalmayın. Tez-tez, az miqdarda su için.

4. Sizi narahat edən iylərdən uzaq olun. Ətirdən bacardığınız qədər az istifadə edin.

5. Daha çox sulu yeməklər yeyin. Qızartmalar ürəkbulanma əmələ gətirir.

6. Portağal suyu, süd, qəhvə, şokolad və çay da ürəkbulanma əmələ gətirən amillərdəndir. Ümumiyyətlə, konservlərdən, satılan təbii meyvə şirələrindən istifadə etməyin. Daha yaxşısı, özünüz evdə təbii meyvə şirəsi hazırlayın.

6. Hamiləlik dövründə qadınlar turş meyvələrə üstünlük verir. Ancaq unutmayın ki, turş meyvə təzyiqi artırır və nəticədə başgicəllənməsi olur. Yəni turşu bədəni zəiflədir. Ən yaxşısı tərkibində B vitamini olan qidalardan çox yeməkdir.

7. Çalışın, balışınız 15 santimetrdən hündür olmasın. Və sağ böyrəyinizin üstündə yatın.