Yayda çıxan problemlərə qarşı ilk yardım

Yayda çıxan problemlərə qarşı ilk yardım
1382 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda insanlar bir çox problemlərdən əziyyət çəkir. Bunlar arasında arı sancması, meduza dişləməsi, gündən yanma və digər hallar yer alır. Bunun üçün ilk yardım etməyi bacarmalı, nəyin sizi xoşagəlməz haldan xilas edəcəyini bilməlisiniz.

Axşam.az xarici mətbuada istinadən yayda rast gələ biləcəyiniz problemlərə qarşı ilk yardım vasitələrini təqdim edir:  

Ev şəraitində hazırlanan bu məlhəmlər səni həşərat dişləməsindən və başqa xoşagəlməz hallardan xilas edəcək.

Arı sancması:
Əgər bədəninin hansısa yerini arı sancıbsa, oranı soyuq su ilə təmiz yuyub, üstünə soda qatılmış su ilə kompress qoymaq lazımdır.

Meduza dişləməsi:
Yaranın üstünə sirkə tök. Sirkə həm zəhəri öldürəcək, həm də ağrını aradan qaldıracaq.

İstidən səpmiş ayaqlar:
Əgər yayda isti havada ayağınız səpibsə və ya həşəratlar bədənini dişləyibsə, sənə çay yağı kömək edəcək. Suya bir neçə damcı çay yağı töküb ayaqlarını vanna etsən, səpkilər yox olacaq. Əgər yaraların üstünə yağdan azca damcılatsan nə qızartı, nə də ağrı qalmayacaq.

Günəşdən yanma:
Günəşdən zədələnmiş, yanmış dərini aloe geli ilə sağalt. O, ağrını aradan qaldırar, təzə dəri əmələ gəlməsini tezləşdirər.