Təmiz brilyant seçməyin sirri – video

Təmiz brilyant seçməyin sirri – video
1554 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Şarm” verilişinin növbəti buraxılışı yeni məlumatlarla ekrana gələcək.

Axşam.az xəbər verir ki, bu dəfə də yaradıcı kollektiv ailə quran cütlüyə kömək əli uzadacaq. Yayda dəri problemlərindən əziyyət çəkənlər peşəkarların məsləhətlərinə qulaq asa biləcəklər. Xanımların sevimli daş-qaşı olan brilyantı düzgün seçməyin sirlərini “Şarm”da öyrənəcəksiniz.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayılov, prodüseri Vüqar Şəfiyevdir.

Veriliş hər həftənin şənbə günü, saat 11:00-da efirə çıxır.