Ekspress pəhriz: 2 həftəyə 8 kiloqram arıqla

Ekspress pəhriz: 2 həftəyə 8 kiloqram arıqla
3712 dəfə oxunub
  • A-
  • A
  • A+
İlin bütün fəsillərində xanımların ən çox əziyyət çəkdiyi hal artıq çəkidir. Qadınlar bunun üçün müxtəlif yollara əl atırlar: kimi idmanla, kimi əməliyyatla, kimi də pəhrizlə artıq çəkidən xilas olmağa çalışır.

Axşam.az xarici mətbuata istinadən sizi 2 həftəyə 8 kiloqram arıqladacaq ekspress pəhriz təqdim edir:

Gündəlik rasiona təqdim olunan formada əməl etmək vacibdir. Pəhriz zamanı 3 əsas qaydaya əməl edilməlidir:

1.    Yeməyi əvvəlcədən hazırlayıb, soyuducuda saxlayın.
2.    Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə ehtiyatlı olun, gündə 1 ədəd bəs edər.
3.    Əgər yeməyin qədəri yazılmayıbsa, onu istədiyiniz miqdarda yeyə bilərsiniz.
 
İlk gün:
Səhər:
Axşamdan yoqurtda isladılmış yarma (myusl), 3 ədəd qara gavalı.
Nahar: Suda bişmiş qəhvəyi düyü, 4 ədəd (çerri) pomidor, 6 ədəd qoz.
Şam: 75 qram buxarda bişmiş qızıl balıq. 

II gün:
Səhər:
üzərinə 1 xörək qaşığı yağsız yoqurt tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu.
Nahar: 40 qram kəpəkli undan hazırlanan bulka, yağsız pendir, 1ədəd naringi.
Şam: 75 qram suda bişmiş hinduşka filesi, tavada qızardılmış göbələk və brokkoli.

 
III gün:
Səhər:
Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal.
Nahar: Bir dilim yağsız toyuq kolbasası, 1/3 avakado, kərəviz.
Şam:  Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər.
 
IV gün
Səhər:
2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fısdıq.
Nahar: Tərəvəz şorbası, göyərti salatı.
Şam: Buxarda bişmiş balıq kotleti, kələm salatı.
 
V gün:
Səhər:
1 dilim kəpəkli çörək, cem, ½ qreypfrut.
Nahar: Buxarda bişmiş kabaçok və badımcan, pomidor və xiyar salatı.
Şam: Üzərinə 75 qram zeytun yağı tökülmüş, dəniz məhsullarından hazırlanan salat.
 
VI gün:
Səhər:
Blenderdən keçirilmiş kivi, banan və 2 xörək qaşığı yoqurt. 4 ədəd qoz.
Nahar: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı.
Şam: Suda bişmiş qara düyü, üzərinə limon şirəsi tökülmüş göyərti salatı.
 
VII gün:
Səhər:
suda bişmiş yulaf, yağsız yoqurt.
Nahar: kəpəkli çörək, suda bişmiş yumurta, pendir və göyərtidən hazırlanan sendviç.
Şam: Buxarda bişmiş göbələk, kök və kabaçok, 1 dilim toyuq filesi.
 
İkinci həftə də eyni menyunu davam etdirmək lazımdır.