Kameron Diaz arıqlamağının sirlərini bölüşdü

Kameron Diaz arıqlamağının sirlərini bölüşdü
1794 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur aktrisası Kameron Diaz qələmə aldığı “The Body Book” ("Bədən kitabı") kitabında arıqlamağı sürətləndirən təamlardan yazıb.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, gözəlliyini və zərifliyini bu yolla qoruduğunu deyən Diaz aclıq hiss etdiyi zaman kalorisi yüksək olan qidalara üstünlük verdiyini vurğulayıb.

42 yaşlı aktrisa “Oturub kaloriləri saymaq və ya az yemək yerinə maddələr mübadiləsini sürətləndirən fındıq, tərəvəzlər, balıq, mərcimək və yaşıl çaya üstünlük verməlisiniz. Bu “güclü” qidalar artıq piyləri əritməyə kömək edir”, deyə bildirib.

Diazın kitabındakı bir günlük qida rasionuna isə bunlar daxildir:
 
səhər yeməyi: 2 yumurta, ispanaqlı omlet, ¼ avokado, 1 fincan yaşıl çay

nahar: toyuq, pomidor, kök, yaşıl noxud və kələmdən ibarət salat

şam: balıq, 1 qab buxarda hazırlanmış brokkoli, bir ovuc fındıq, badam, 1 ədəd suda bişmiş yumurta