Qızıllarını təyyarədə unutdu

Qızıllarını təyyarədə unutdu
3531 dəfə oxunub
  • A-
  • A
  • A+
“Öyle bir geçer zaman ki” (“Zaman elə keçir ki”) serialından Karolin obrazı ilə tanıdığımız almaniyalı aktrisa Vilma Elles qızıl qutusunun olduğu əl çantasını təyyarədə unudub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyaya atçılıq festivalını izləməyə gedən aktrisa Köln Hava Limanına endikdən bir neçə saat sonra qızıllarını itirdiyinin fərqinə varıb.
 
Təşvişə düşən Vilma sevgilisi, iş adamı Kərəm Göyüşə zəng vuraraq onu bu barədə xəbərdar edib. İçərisində boyunbağı, iki ədəd brilliyant üzük, qolbağı, sırğa olan qutu K.Göyüşün işə müdaxiləsindən sonra tapılıb.
 
Əşyaları Türkiyəyə aparılan V.Elles geri qayıdarkən onların arasında boyunbağının olmadığını görüb. Hazırda həmin zinət əşyası axtarılır.