Miranda dedi-qodusu yayılan iş adamının tədbirinə getdi - fotolar

Miranda dedi-qodusu yayılan iş adamının tədbirinə getdi -  fotolar
2299 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Miranda Kerr Nyu-Yorkda “Greenwich Hotel” mehmanxanasındakı gecədən sonra evə gedərkən paparatsilərin hədəfinə tuş gəlib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz aralarında eşq macərası yaşandığı iddia edilən avstraliyalı iş adamı Ceyms Pekerin tədbirinə qatılıb. 31 yaşlı model zərif geyimi ilə diqqət çəkib.

Model obrazını qara çanta və eynəklə tamamlayıb. Bir gün əvvəl isə Miranda “The Tonight Show”-da iştirak etmişdi. Ulduz yenə də maraqlı geyimi ilə diqqət çəkmişdi.