Aktrisanın ayağına 15 tikiş qoyuldu - foto

Aktrisanın ayağına 15 tikiş qoyuldu - foto
3332 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa, "Gecə" filmində Süsən obrazını canlandıran Nurgül Yeşilçay çəkiliş zamanı yaralanıb.

Axşam.az-ın "Haberlər"ə istinadən məlumatına görə, rolu səbəbindən sındırdığı keramika boşqabın qırıntıları aktrisanın ayağını kəsib və yaralanan hissəyə 15 tikiş qoyulub. N.Yeşilçayın başına gələn bu hadisədən dolayı filmin çəkilişinə bir həftə fasilə verilib.

Qeyd edək ki, payızda aktyor Erkan Petekkaya ilə rekord məbləğdə ödənişlə yeni ekran işinə başlayacaq Nurgül "Gecə"nin ardından "Apaçi" filminə çəkiləcək.