Günel mətbəxə keçib, qutab bişirdi - video

Günel mətbəxə keçib, qutab bişirdi - video
2773 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova atası ilə birlikdə “Onlar” verilişinin kamerası önünə keçib.

Axşam.az-ın məlumatına görə, mətbəxdəki bacarıqlarından danışan sənətçi məharətini göstərməyə çalışıb.

Atası Rəhman Zeynalovun onun haqqında dediyi “Heç bir məharəti yoxdur. Yemək hazırlaya bilmir. Evdə xörəkləri mən bişirirəm” sözlərinə Günel etiraz edib:
 
“Bacarıqlarım var, amma atam mətbəxə girməyə qoymur. Deyir, hər yeri dağıdırsan. Evdə tək qalanda dadlı yeməklər hazırlayıram. Plov da bişirirəm. Acsam da, istəmirəm. Bilirəm ki, masa arxasında otursam, çox yeyəcəm. Çörəyi ümumiyyətlə yemirəm”.

Günel daha sonra mətbəxə keçərək qutab bişirib.