Ayan küsülü olduğu Natavanın klipini təqdim etdi

Ayan küsülü olduğu Natavanın klipini təqdim etdi
3102 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin budəfəki aparıcısı yenidən müğənni Ayan Babakişiyeva olub.

Sənətçi təəssüratlarını Axşam.az saytı ilə bölüşüb:

“İkinci dəfədir ki, verilişə aparıcılıq edirəm. Həftənin birincisi mənim klipim oldu. Qərara gəldim ki, bu sevincimi tamaşaçılarla özüm paylaşım. Niyə başqası təqdim etsin ki?”.

Qeyd edək ki, Ayanın “Telefonum susur” adlı mahnısına çəkilmiş ekran işi “Top 10”luqda birinci yerə çıxıb. Verilişdə maraqlı məqamlardan biri də müğənninin küsülü olduğu həmkarı Natavan Həbibinin klipini onluqda təqdim etməsi olub. Layihənin rəhbəri N.Naiboğlu məsələyə belə münasibət bildirib:
 
“Kim kimlə küsülüdür, bunun bizə aidiyyatı yoxdur. Bizim üçün hamı eynidir. İnsanlara hörmətlə yanaşırıq. Ayan da küsülü olmağına baxmayaraq, verilişin qaydalarına uyğun Natavanın klipini təqdim etdi”.

Xatırladaq ki, veriliş həftə içi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.