Sevinc “Şirniyyat festivalı”nda – fotolar

Sevinc “Şirniyyat festivalı”nda – fotolar
12712 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva Şəkidə keçirilən “Beynəlxalq ənənəvi şirniyyat festivalı”na qatılıb.

Axşam.az-ın məlumatına görə, festivalda 23 rayon və şəhərdən gələn nümayəndələr bişirdikləri şirniyyatları təqdim ediblər. Sərgini gəzən sənətçi fotolar da çəkdirib.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

İyulun 20-də VIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi - "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində təşkil edilən festivalda respublikamızın 23 şəhər və rayonu ilə yanaşı, 6 ölkədən - Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikasından olan qənnadçıların da şirniyyatları nümayiş olunub.