Hollivud ulduzu dünyasını dəyişdi

Hollivud ulduzu dünyasını dəyişdi
6421 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud dünyasına itki üz verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uşaq ikən aktrisa Mel Gibsonla birlikdə çəkildiyi "The patriot" ("Vətənpərvər") filmi ilə tanınan 21 yaşlı Skay Makkoul Bartusyakın  yaşadığı evdə cəsədi tapılıb.

Texas polisinin ilkin ehtimallar əsasında verdiyi məlumata görə, gənc aktrisa yuxuda ikən keçinib. Onun meyidi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Skayın ölümündə şübhəli məqamların olmadığı ortaya çıxıb.

Qeyd edək ki, "Vətənpərvər", "Qətiyyən danışma", "Çarli və şokolad fabriki" kimi filmlərdə çəkilən Skay Makkoul Bartusyak epilepsiyadan əziyyət çəkib.