Beyons və Cey Zi konsert turundan sonra boşanır

Beyons və Cey Zi konsert turundan sonra boşanır
1829 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun məşhur cütlüyü Beyons və Cey Zi ayrılmağa qərar verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amma onlar dekabra qədər On the run” turuna görə evli qalmaq məcburiyyətindədirlər.

Bəzi mənbələr bildirir ki, sevgililər artıq nişan üzüklərini də çıxarıblar. Beyons və Cey Zi nikahı rəsmi şəkildə pozmadan ayrılmağa çalışırlar. “On the run” konsert turu olduqca böyük ərazini əhatə edəcək və artıq təşkilatçılar pulun böyük məbləğini veriblər”, - deyə mənbə bildirib.


Xatırladaq ki, daha əvvəl mətbuatda Beyonsun ikinci dəfə hamilə olduğu ilə bağlı xəbər yayılmışdı.