Murat Boz 8 illik sevgilisindən ayrıldıqdan sonra istirahətdə

Murat Boz 8 illik sevgilisindən ayrıldıqdan sonra istirahətdə
2471 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevgilisi Eliz Sakuçoğlu ilə 8 illik münasibətini bitirən türkiyəli müğənni Murad Boz Çeşmədə kameralara tuş gəlib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran ulduz aldadılma iddialarını köhnə sevgilisinə haqsızlıq olaraq dəyərləndirib.

Qısa bir tətil üçün Çeşməyə gəldiyini deyən Murad şəxsi həyatı ilə bağlı danışmaq istəmədiyini deyib. O, bildirib ki, bu yaxınlarda film çəkilişlərinə başlayacaq:

“Xəyallarımın biri də filmdə rol almaq idi. Çox gülməli bir kino əsəri olacaq, çox güləcəksiniz. Filmdə Büşra Pekini baş rolda görəcəksiniz”.