“Zərif bənd” verilişi tətilə çıxdı

“Zərif bənd” verilişi tətilə çıxdı
2543 dəfə oxunub
  • A-
  • A
  • A+
106.3 FM-də yayımlanan “Zərif bənd” verilişi tətilə çıxıb.
 
Bu haqda Axşam.az saytına proqramın aparıcısı Fəxriyyə Lilpar məlumat verib. O bildirib ki, bu ildən yayımlanan veriliş qadınlar üçün hazırlanır və öz maraqlı qonaqları ilə hər şənbə-bazar efirə çıxır. Eyni zamanda korifey sənətkarlar dinləyicilərlə canlı ünsiyyətdə olurlar.

Qeyd edək ki, bu yaxınlarda verilişdə 106.3 FM-in 10 yaşı münasibətilə tanınmış aparıcılar Ofelya Sənani və Sabir Ələsgərov radionu təbrik ediblər. Bəstəkar Ramiz Mirişli, Oktay Zülfüqarov, xalq artistləri Rasim Balayev, Afaq Bəşirqızı, Cavan Zeynallı, Yalçın Rzazadə, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər tanınmışlar aparıcı F.Lilparın qonağı olublar. O, gələn mövsümdə də yeni rubrikalar və maraqlı qonaqlarla dinləyicilərin zövqünü oxşamağı vəd edib.