Ramiz Əzizbəyli sağalır

Ramiz Əzizbəyli sağalır
1049 dəfə oxunub
  • A-
  • A
  • A+

“Aparılan müalicələrdən sonra səhhətim normallaşmağa doğru gedir”.

Axşam.az-ın məlumatına görə, bunu aznews.az-a açıqlamasında xalq artisti, rejissor Ramiz Əzizbəyli deyib.

R.Əzizbəyli bildirib ki, artıq yerimə qabiliyyəti bərpa olunmağa başlayıb:

“Müalicə bu gün də davam edir. Davamlı dərman qəbul edirəm. Müalicənin nəticəsi olaraq, az da olsa yeriməyə başlamışam. Hələlik yaxın məsafələrə hərəkət edirəm”.

Qeyd edək ki, R. Əzizbəyli bu ilin fevralında 9-da avtomobil qəzası keçirib. Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirmişdi.