Nadir oğlunu evləndirməyə qız axtarır

Nadir oğlunu evləndirməyə qız axtarır
3721 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında qız axtarışına çıxdığını deyib:

“Oğluma zəng edənlər çoxdur. Hər zəng edəni biz almarıq ki. Mənim xasiyyətim yaxşı deyil. Qızı almazdan əvvəl nəslini yaxşı araşdırmalı, tanımalıyıq. O, ata evindən çıxandan sonra deməyəcəklər ki, fılankəsin qızıdır. Deyəcəklər, Nadir Qafarzadənin gəlinidir. Əcnəbi qızı oğluma heç vaxt almaram”.