Mübariz Mənsimov baş nazirin oğluna gəmi satdı

Mübariz Mənsimov baş nazirin oğluna gəmi satdı
2441 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə prezident seçkilərinə namizəd olan, ölkənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlunun da şərik olduğu "BMZ" şirkəti azərbaycanlı iş adamı Mübariz Mənsimovun yanacaq tankerini alıb.

Axşam.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, Ərdoğanın oğlu Bilal Ərdoğan həmin tanker üçün M.Mənsimova 35 milyon dollar pul ödəyib.

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun atasının adını daşıyan “Məcid Aslanov” adlı tanker artıq "BMZ" şirkətinə məxsusdur.

Qeyd edək ki, "BMZ" şirkətinin sahibləri Nəcməddin Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgəndir.