Hazal Kaya artıq dünya ulduzudur
"Genco", "Aşkı-Memnu", "Adını Feriha koydum", "A.Ş.K" kimi seriallarda sevilən obrazları ilə yadda qalan türkiyəli aktrisa Hazal Kaya yeni uğura imza atıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, səsvermə yolu ilə verilən və dünyaca məşhur sənət adamlarının uğrunda rəqabət apardıqları “International Council for Human Rights – Medal Of Excellence (İCHAPS)” mükafatını alanlar sırasında 3-cü yeri tutub. Bununla da ölkəsinə böyük bir qürur yaşadan aktrisa həm müvəffəqiyyətini, həm də gözəlliyini bütün dünyaya tanıtmış oldu.
Mükafatı alanlar arasında aktrisa Beren Saat 6-cı, aktyorlar - Cansel Elçin 11-ci, Çağatay Ulusoy isə 14-cü yerə çıxıblar.