Flora Kərimova Ağdamın işğalına görə doğum gününü qeyd etmir

Flora Kərimova Ağdamın işğalına görə doğum gününü qeyd etmir
847 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Flora Kərimovanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlamasında xalq artisti Ağdamın işğalı ilə əlaqədar yeni yaşını qeyd etmədiyini bildirib:

“Diqqətiniz üçün hamınıza təşəkkür edirəm. Bu gün Ağdamın işğalı günüdür. Bununla əlaqədar doğum günümü qeyd etmirəm. Nəvəm iyulun 22-də doğulub. O, burada olanda mən də doğum günümü ya onunla bir, ya da iyulun 24-də qeyd edirdim. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz”.