Əməkdar artist dəniz səyahətinə çıxacaq

Əməkdar artist dəniz səyahətinə çıxacaq
1538 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sənubər İsgəndərli dəniz səyahətinə çıxacaq.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda “Şou+” verilişinə açıqlamasında deyib. Hazırda bağ evində dincələn S.İsgəndərli yeni iş təkliflərindən danışıb:
 
“Məzuniyyətə çıxmışam. Bağ evimdə, ailəmlə, nəvəmlə birlikdə dincəlirəm. Avqustda xaricə getməyi düşünürəm. Dəniz səyahəti planlaşdırıram. Əgər mənlə yola düşəcək insanların da vaxtı uyğun gəlsə, gəmi ilə gəzintiyə çıxacam. Yayda ürəyimcə dincələ bilmədim. Qışda bundan yaxşı istirahət edirdim. Serial, veriliş təklifləri almışam. Amma hələ işlərə yenicə son qoyduğum üçün bu haqda düşünmürəm. Yorğunluğumu atım, sonra təklifləri dəyərləndirəcəm”.

S.İsgəndərli ilandan qorxduğunu etiraf edib. Aktrisa hətta buna görə psixoloq yanına getdiyini söyləyib:
 
“İlandan qorxuram. İlan ünsürlü insanlara qarşı isə fobiyam var. Bu yaxınlarda psixoloqla danışdım, bir az qorxumu aradan götürdüyümü düşünürdüm. Amma hələ də tamamilə düzəlmədiyini görürəm”.