Elnarədən təzə xəbər var

Elnarədən təzə xəbər var
2099 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanəndə Elnarə Abdullayevadan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan ifaçı solo konsert verəcəyini açıqlayıb:
 
“Bu yay istirahət etmək istəyirdim. Amma işlərim çıxdı. Dincələ bilmirəm. Heydər Əliyev Sarayında konsert verməyi planlaşdırıram. Buna görə də, məşqlərə başlayacam”.

Mahnılarını daha çox həzin səslə oxuyan E.Abdullayeva bunun səbəbini belə izah edib:
 
“Bu Qarabağ niskilidir. Hərdən məni qınayırlar ki, niyə belə yanğılı oxuyursan. İzah edirəm ki, mən Qarabağ dərdi çəkirəm. Bununla da fəxr edirəm. Vətənin dərdi mənim dərdimdir”.