Sinem Kobal paylaşdığı yazını silməli oldu

Sinem Kobal paylaşdığı yazını silməli oldu
3312 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Sinem Kobel İnstaqram səhifəsində İsraillə bağlı paylaşdığı yazını yüzlərlə izləyicinin sərt reaksiyasından sonra silməli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa adıçəkilən ölkənin Qəzzada törətdiyi qətliamlara cavab olaraq sosial şəbəkədə başladılan "İsrail mallarına boykot" aksiyasına etiraz edib. Belə ki, o, yəhudilərin tərəfini saxlayaraq bu addımın düzgün olmadığını yazıb:

"Boykot haqqında elan verdiyiniz "Facebook"un da, internetə qoşulduğunuz kompüterin idarəetmə sistemi olan "Windows"un istehsalçısı "Microsoft"un da sahibi yəhudidir. Son bir əsrdə onlardan 104 nəfər "Nobel mükafatı" alıb. Bu oyunları qurtarıb, hamı uşağını yaxşı tərbiyə etsin. Bəlkə bu yolla 50 il sonra İsraili dayandıra biləcək gücümüz ola bilər".