"... sevirəm" - Almaz

"... sevirəm" - Almaz
1743 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Almaz Ələsgərli Avropa səyahətinə yollanacaq.

Axşam.az-ın məlumatına görə, müğənni “Şou+” verilişinə açıqlamasında gəzintiyə qızı ilə birlikdə çıxacağını deyib:
 
“Havalar isti keçir, evdən çıxmaq istəmirəm. Xaricə - qızımın yanına gedirəm. Onunla birlikdə Avropanı gəzəcəm. Oranın havasını alıb qayıdacam. Avqustun sonundan yeni işlər görəcəm. İsveçə gedirəm. Oradan da Stokholm, İspaniya, Barselona, Romaya yola düşəcəm. Mən xaricə tez-tez yollanıram. Qızım oradadır. Hər bir ana mənim kimi edərdi. İki aydan bir ölkədən kənardayam. Xaric mənim üçün Sumqayıt olub. Orada ev almağı düşünmürəm. İstanbulda buna imkanım var. Amma onu da istəmirəm. Nəyə lazımdır? Gedəndə oteldə qalıb qayıdıram”.

“Təyyarə almaq istəmirsiz” sualına “Təyyarə ola bilər (gülür). Fikirləşim, görüm hansından alım. Mən axı milyarderəm”, deyə zarafatla cavab verən A.Ələsgərli bunları bildirib:
 
“Mən sadə biriyəm. Təyyarəni haradan alım. Sevgi dolu qadınam. Həyatı, balalarımı sevirəm. Fikrimdə ancaq gözəl şeylər var”.