"Üç bacı” serialı başa çatdı

"Üç bacı” serialı başa çatdı
2582 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Üç bacı” serialı başa çatıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “SOY production”ın rəhbərlərindən biri Oktay Əliyev “Şou+” verilişinə açıqlamasında deyib:
 
“Böyük bir iş ortaya qoyduq. Reytinqlərdə birinci olduq. Hazırda seriallar çoxdur. Bu sahədə işlər irəliləyib. Hamı da bacardığı qədər özünü göstərdi. Bu sahədə bizə dəstək olan dövlət başçısına, Teleradio Yayım Şurasına, "Space” telekanalına minnətdarıq. “Üç bacı” maraqlı olması ilə seçilib”.
Serialda Səadət obrazını canlandıran aktrisa Dilarə Əliyeva çəkilişlə bağlı xatirələrini bölüşüb: “Gərgin iş prosesində hər hadisə baş verirdi. Bəzisi inciyirdi, əsəbləşirdi. Bunu isə elə çəkiliş ərəfəsində həll edirdik. Biz işimizi sevirdik”.

Əməkdar artist, Xoşbəxt rolunun ifaçısı Tünzalə Əliyeva əməliyyatdan çıxıb çəkiliş meydançasına gəlməsindən danışıb:
 
"Bu gün əməliyyat oldum. Səhər qollarım, bədənim karset içində çəkiliş meydançasına gəldim. Ağrılarım var idi. Amma birtəhər dözüb, çəkilişimi etdim”.

Aktrisa Ülviyyə Əliyeva Sevinc obrazından qorxduğunu bildirib:

“İlk vaxtlar istəmirdim, tərəddüd edirdim. Ən çətin ifadələri mən deməli idim, qorxurdum. Amma sonra öhdəsindən gələ bildim”.

Qeyd edək ki, “Üç bacı” serialının yayımı iki il davam edib.