Nazpəri geri çəkilmək niyyətində deyil

Nazpəri geri çəkilmək niyyətində deyil
2558 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişmələrinə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib.
 
Axşam.az-ın məlumatına görə, xalq artisti Nazpəri Dostəliyeva hazırkı qərarla kifayətlənməyəcəyini bildirib.

O, yekun nəticənin yaxşı olacağına inandığını vurğulayıb:
 
“Qərar hələ tam açıqlanmayıb. Əlimdə faktlar, sübutlar var. Başqa instansiyalara da müraciət olunacaq. İnanıram ki, həqiqət qalib gələcək. Bu, son deyil”.

Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, N.Dostəliyeva İ.Quliyevaya 25 min manat cərimə ödəyəcək.