Elzanın qızının toyu gələn yaya qaldı

Elzanın qızının toyu gələn yaya qaldı
3571 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin nişanlanması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, müğənni “Şou+” verilişinə açıqlamasında qızına sentyabrda toy etmək istədiyini deyib:

“Mən toyun sentyabrda olmağını istəyirdim. Amma Gülşən dedi ki, gələn yaya qalsın. Mən də onun fikri ilə razılaşdım. Məcbur etmədim. Elə düşünməsin ki, ondan tez qurtulmaq arzusundayam. Oğlum toyunda çəkilişə icazə vermədi. Amma qızımın toyuna hamını çağıracam. Sevincimi media ilə də bölüşəcəm. Gülşən bilir ki, o, Elza Seyidcahanın qızıdır və bu cür hallara razılıq verir. Ümumiyyətlə mən övladlarımla hər zaman məsləhətləşirəm. Onların qərarlarına müsbət yanaşıram. Hərdən səfərlərdə olsam da, telefonla əlaqə saxlayır, problemləri ilə maraqlanıram”.