Dəniz Səki əleyhinə daha bir qərar verildi

Dəniz Səki əleyhinə daha bir qərar verildi
1872 dəfə oxunub
  • A-
  • A
  • A+

Narkotik ticarəti cinayətindən İstanbul Ağır Cinayətlər Məhkəməsinin tələbi əsasında İcra Prokurorluğu tərəfindən 3 il 6 ay həbsə məhkum edilmiş türkiyəli müğənni Dəniz Səki əleyhinə növbəti qərar verilib.

Axşam.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, Məhkəmə Tibbi Ekspertizası hökmün icrası ilə bağlı heç bir problemin olmaması barədə yekun nəticə çıxarıb. Bununla da sənətçinin vəkili Naim Karakayanın onun səhhətindəki problemləri əsas gətirərərək "icranın təxirə salınması" tələbini Prokurorluq rədd edib.
 
Belə ki, D.Səki xəstəliyi ilə əlaqədar özəl xəstəxanaların birindən alınmış sənədləri məhkəməyə təqdim etmiş, ali qurum isə onları analiz etmək və müğənninin həbsinin onun səhhətinə hər hansı bir mənfi təsirinin olub-olmayacağını öyrənmək üçün tibbi ekspertizaya göndərmişdi. Adıçəkilən orqan isə Səkinin həbs olunmasının səhhətində heç bir problem yaratmayacağı barədə məruzə hazırlayıb.

Qeyd edək ki, Dəniz Səkinin həbsinə mayın 30-da qərar verilib. Polis onu hər yerdə axtarsa da, hələ də tapa bilmir. Müğənninin onkoloji xəstəliyi olduğu iddia edilirdi.