Emin “Yeni dalğa” müsabiqəsinin açılışında - fotolar

Emin “Yeni dalğa” müsabiqəsinin açılışında - fotolar
3997 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər il Yurmalada keçirilən “Yeni dalğa” müsabiqəsinin dünən açılış mərasimi olub.

Axşam.az-ın məlumatına görə, müsabiqədə münsif kürsüsündə rus estradasının tanınmış simaları - Filipp Kirkorov, Valeriy Meladze, İqor Nikolayev, Leonid Aqutin və Layma Vaykule əyləşiblər. 13 ölkədən 16 iştirakçının qatıldığı yarışmanın açılış mərasiminə müğənni Alla Puqaçova, Maksim Qalkin, Yana Rudkovskaya, İrina Dubsova, Polina Qaqarina qatılıblar. Gecənin aparıcıları Sergey Lazarev, Anna Semenoviç, Lera Kudryavtseva, Aleksandr A.Revva, Stas Kostyuşkin olublar.
Müsabiqəni “Serebro” qrupu möhtəşəm şousu ilə açıb.

Gecənin qonaqları arasında müğənni-bəstəkar Emin də yer alıb. O, Bakıda çəkdirdiyi "Naçistatu" ("Açıq") adlı klipini "Yeni dalğa"da təqdim edəcəyini bildirib.

Yarışma iyulun 22-dən 27-nə kimi davam edəcək.

Bu il müsabiqənin iştirakçıları arasında Azərbaycandan təmsilçi olmayacaq. Yarışmada ABŞ, Rusiya, Almaniya, İtaliya, Litva, Qazaxıstan, Qırğızıstan, Gürcüstan təmsilçiləri mübarizə aparacaqlar.

Qeyd edək ki, bu günə qədər ölkəmizi “Yeni dalğa”da təmsil edənlər arasında müğənni Çingiz Mustafayev və Aynişan Quliyeva olub.