Əsl yay pəhrizi

Əsl yay pəhrizi
2458 dəfə oxunub
  • A-
  • A
  • A+

Bütün xanımlar çimərlik geyimində qüsursuz görünməyi arzulayır. Buna görə də yay mövsümündə daha çox pəhriz saxlayırlar.

Axşam.az xarici mətbuata istinadən yayda formada qalmağınıza kömək edəcək pəhriz təqdim edir:

qaydalara 21 gün əməl olunmalıdır. 

İlk səhər yeməyi: 200 qr. yağsız kəsmik və böyürtkən, 1 stəkan südlü kofe.

İkinci səhər yeməyi: Yağsız kolbasa və 1 fincan çay.

Nahar: Bir fincan tərəvəz şorbası: suyu qaynadıb, içərisinə doğranmış brokkolli, lobya, dəniz kələmi, kök, göyərti və ədviyyat tökün. Kənarda 150 qr. toyuq filesini suda bişirib, yanına 120 qr. suda bişmiş qara düyü qoyub yeyə bilərsiniz.

Günün ikinci yarısında: içərisinə 1 yaşıl alma doğranmış qazlı su için, meyvələri də yeyin.

Şam yeməyi: 200 qr. kələm, daykon (çin turpu), bolqar bibəri və xiyardan hazırlanan salat, 150 qr. suda bişmiş krevetka.

Gecə yatmazdan əvvəl 1 stəkan ayran için.

10 gündən sonra menyunu dəyişin:

Səhər:
30 qr. qara çörək və 30 qr. ərikı qurusu, 1 fincan kofe.

İkinci səhər yeməyi: 1 stəkan çay və yaşıl alma.

Nahar: 1 fincan toyuq bulyonu suxarı ilə. 150 qr. buxarda bişmiş kabaçok və 150 qr. suda bişmiş hunduşka filesi.

Günün ikinci yarısı: 30 qr. fındıq və qazlı su.

Şam yeməyi: 150 qr. yağsız kəsmiyi 150 qr. sürtgəcdən keçirilmiş alma və köklə qarışdırıb, üzərinə azca qoz əlavə edib yeyin.

Pəhriz zamanı gün ərzində gümrah olmaq üçün 200 qr. çiyələk yemək lazımdır.
 
Pəhrizin ilk günlərində idmanla məşğul olmaq qadağandır. Üç gündən sonra parkda və ya həyətdə yarım saat gəzin. İkinci həftə gecə yatmazdan əvvəl mahnı qoyub, ən az yarım saat rəqs edin.
Sonuncu həftə isə fitneslə məşğul olun.