Model Kendis Sveynpol yeni fotosessiya etdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı model “Forum” brendinin reklamı üçün kamera qarşısına keçib.
Geyim markasının 2015-ci il yaz-yay kolleksiyası üçün fotolar çəkdirən Kendis ekzotik mənzərələrin fonunda poz verib. Kokteyl donlar ulduzun daha da cazibədar görünməsinə səbəb olub.