Əməkdar artist: “Ərimin ayaqlarını da yuyaram”

Əməkdar artist: “Ərimin ayaqlarını da yuyaram”
3139 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əlbəttə, həyat yoldaşımın ayaqlarını yuyaram. İnan Allaha ki, yuyaram. Ona qulluq eləməkdən zövq alıram, uşaqlarıma əziyyət çəkməkdən zövq alıram”.

Axşam.az-ın xəbərinə görə, bunu 1937.az saytına müsahibəsində əməkdar artist Gülyanaq Məmmədova deyib. O, mətbəxdə özünü çox xoşbəxt hiss etdiyini də söyləyib.

Müğənni gec yaşda ailə qurduğunu da etiraf edib: “Hə, 33 yaşımda ailə qurmuşam. Amma çox xoşbəxtəm. Vallah, ailədən gözəl heç nə yoxdur.

Düşündüm ki, sənətimlə bağlı problemləri həll edim, sonra ailə qurum. Bu cür də oldu”.