"İmperator" İsrailə od püskürdü

"İmperator" İsrailə od püskürdü
1588 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türk musiqisinin imperatoru İbrahim Tatlısəs Ayşegül Yıldızdan olan qızı Elif Adanın şəklini "Tvitter" səhifəsində paylaşaraq İsrailə od püskürüb.
 
Axşam.az-ın məlumatına görə, "Qızımdır deyə söyləmirəm, çox təmizkardır" mesajını yazan müğənni daha sonra bu sözləri əlavə edib:

"Gəl indi İsrailin törətdiyi bu qətliamlardan sonra doğma qızını çox istə. Orada o qədər uşaq öldürələrkən öz övladını necə sevəcəksən axı...".

Qeyd edək ki, modellik və aktrisalıq etmiş A.Yıldızla İ.Tatlısəs 2011-ci ildə ailə qurub, 2013-cü ildə isə boşanıblar. Qızları Elif Ada 1 yaşındadır.