Günayın oğlunu qaynı ilə səhv saldılar

Günayın oğlunu qaynı ilə səhv saldılar
3626 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karelin müğənnilik edəcəyi ilə bağlı şayiə yayılıb.

Axşam.az-ın məlumatına görə, Türkiyə mətbuatında oğlu Cahangirin aktyorun qardaşı kimi təqdim olunduğu xəbərdə Tolqanın “Survivor”dan sonra özünü rep ifaçısı kimi sınamaq qərarına gəldiyi bildirilib:
 
“Tolqa Karel İnstaqramda paylaşdığı şərh ilə hər kəsi təəccübləndirib. Qardaşıyla şəkil çəkdirən aktyor “Rep musiqisində yeni səs - Karel qardaşları” sözlərini yazıb. Bu da onun müğənni olmaq istəməsi şübhələrini yaradıb. Tolqanın nəğmə sözləri yazdığı məlumdur. O, bu günə kimi Asuman Krause, Özcan Dəniz, Ebru Gündeş, Hülya Avşar, Petek Dinçöz, Zeynep Mansur, Hande Yener kimi məşhurlara mahnı bəstələyib”.

Qeyd edək ki, həmin xəbərə T.Karelin münasibəti belə olub:
 
“Oğlumun qardaşım kimi təqdim edilməyinə çox sevindim. Müğənni olmaq istəmirəm, bu cür xəbərlərə inanmayın”.