Gülyaz Mətanətə cavab verdi: “Onun sözləri bizim üçün əhəmiyyət daşımır”

Gülyaz Mətanətə cavab verdi: “Onun sözləri bizim üçün əhəmiyyət daşımır”
4258 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın əməkdar artist Gülyaz və Gülyanaq Məmmədova bacılarına zövqsüz deməsinə qarşı tərəf münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində Gülyaz Məmmədova bunun bilərəkdən təşkil edildiyini bildirib:
 
"Xəbəri eşidəndə heç də pis olmadıq. Desinlər. Bilirik ki, tək məqsəd bizi qalmaqala sürükləməkdir. Amma buna nail olmayacaqlar. Biz sənətə qalmaqalla gəlməmişik. Bundan sonra da belə hallarda adımız olmayacaq. Mətanət  özü də bilir ki, biz necə insanlarıq. Onun sözləri bizim üçün əhəmiyyət daşımır. Zövqsüz olub-olmadığımızı xalq bilir. Bizə qiyməti dövlət verib. Necə varıq, bundan sonra da elə qalacağıq”.

Qeyd edək ki, M.Əliverdiyeva "Gündəlik" verilişində xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Gülyaz və Gülyanaq bacılarının zövqsüz olduğunu demişdi.