Azərbaycanlı model: "Qızım olacaq..."

Azərbaycanlı model: "Qızım olacaq..."
5230 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Minarə Allahverdiyeva 6 aylıq hamilədir.

Axşam.az-a açıqlama verən model gələcək övladının cinsiyyətindən və ona qoyacağı addan danışıb:

“Hamilə olmağım barədə xəbərin mediada yayılmasını istəmirdim. Deyirdim, övladım dünyaya gəldikdən sonra məlumat verəcəm. Amma bizim mətbuatdan heç nə gizlətmək olmur. Qızım olacaq. Adını Məryəm qoyacam. Ən çox xoşladığım adlardan biridir. Mən qız uşaqlarını daha artıq sevirəm. Allah üç qız versə də, heyfsilənmərəm”.

Minarə hamiləliyi ilə əlaqədar işinə ara verməyəcəyini söyləyib:

“İşsiz qala bilmirəm. Ona görə də hələ ki, çəkilişlərə gedirəm. Qarnım çox böyük olmadığı üçün bilinmir”.

Qeyd edək ki, model türkiyəli prodüser, təşkilatçı Cenk İçtənlə ailə qurub. Onun ilk evliliyindən bir qızı da var.