Anası ilə tətilə çıxan Serenaydan Çağatayla bağlı açıqlama

Anası ilə tətilə çıxan Serenaydan Çağatayla bağlı açıqlama
3595 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda ayrıldıqları söylənilən sevgilisi, aktyor Çağatay Ulusoyla "Medcezir" serialında baş rola çəkilən türkiyəli aktrisa Serenay Sarıkaya anası ilə birlikdə tətilə çıxıb.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, Bodrumda dincələrkən kamerlara tuş gələn Serenay Ç.Ulusoyla haqqında yayılan şayiələr barədə açıqlama verib:
 
"Bu tətili əvvəlcədən anamla bir yerdə planlaşdırmışdıq. Başqa heç bir səbəb axtarmayın. Çağatayla birlikdə istirahət etməməyimiz təbiidir. Onsuz da, gələn həftə serialın çəkilişləri yenidən başlayır və biz yenə bir yerdə olacağıq".

Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən filmin prodüseri Kərəm Çatay seriala ziyan vura biləcəklərinə görə cütlüyə obyektivlərin qarşısında birlikdə görünməmək tapşırığı vermişdi.