Rusiyanın ən çox qazanan məşhurlarının siyahısı

Rusiyanın ən çox qazanan məşhurlarının  siyahısı
1428 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Forbes" jurnalı 2014-cü ilin ən çox gəlir əldə edən rusiyalı  məşhurlarının siyahısını  dərc edib.
 
Axşam.az-ın məlumatına görə, həmin siyahıya 24, 4 milyon dollar gəliri ilə tennisçi Mariya Şarapova rəhbərlik edir.

İkinci yerin sahibi isə 18  milyon dollar qazancla drijor Valeriy Qergiyevdir.
 
Siyahının üçüncü pilləsində 16, 6  milyon dollarla xokkeyçi Aleksandr Oveçkin qərarlaşıb.
 
İlk onluğun ardıcıllığı belədir:

4. Müğənni Qriqoriy Leps (12 milyon dollar)

5. Müğənni Filipp Kirkorov (12 milyon dollar)

6. Xokkeyçi İlya Kovalçuk (11 milyon dollar)

7. Xokkeyçi Yevgeni Malkin (9,3 milyon dollar)

8. Müğənni Alla Puqaçova ( 4 milyon dollar)

9. Fiqurlu konkisürən Yevgeni Plyuşenko (2,8 milyon dollar)

10. Teleaparıcı Kseniya Sobçak (1,4 milyon dollar)