Ayanın arzusu var

Ayanın arzusu var
4176 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva avtomobil həvəskarı olan məşhurlardandır.

Sənətçi Axşam.az saytına açıqlamasında yeni maşın almaq istədiyini deyib.

Sürücülük bacarığından bəhs edən ifaçı sürəti sevmədiyini bildirib:
 
“Heç vaxt sürücüm olmayıb. Avtomobil idarə etməkdən yorulmuram. Uzaq yola çıxmağı xoşlayıram. Sürəti sevmirəm, hər zaman ehtiyat edirəm. Hazırda iki maşınım var. Amma bir müddətdən sonra tutumu böyük olan avtomobil almaq istəyirəm. Qızımın avtokreslosu, beşiyi maşınıma yerləşmir. Ailəm böyüyür, avtomobilim də dəyişməlidir. Hələ ki, hansı markanı seçəcəyimə qərar verməmişəm”.