Bakıda daha bir klinika bağlandı

Bakıda daha bir klinika bağlandı
2931 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda fəaliyyət göstərən daha bir klinika bağlanıb.

Movqe.az-ın əldə etdiyi məlumata görə, bir neçə gündür ki, qapısına qıfıl vurulan klinika paytaxtdakı "Lanset cərrahlıq klinikası”dır.

Klinikaya Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti başa çatdığından fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib. Mənbənin verdiyi xəbərə görə, lisenziya müddətinin uzadılıb-uzadılmayacağı isə hələki sual altındadır, çünki klinikanın külli miqdarda borcu var.

Xatırladaq ki, ötən il "Lanset cərrahlıq klinikası” Dövlət Miqrasiya Xidmətinin məhkəmə iddiası ilə 30 min manat məbləğində cərimələnmişdi. Buna səbəb klinikanın keçmiş həkimi, Qazaxıstan vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı Vaqif Tanrıverdiyevin "Lanset”ə gəlməsi göstərilib.

Klinikanın baş həkimi Fərman Ceyranovun hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda eyni adlı cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini söyləyirlər.
 
Sayt F. Ceyranovla əlaqə saxlayaraq klinikanın bağlanması xəbərini dəqiqləşdirib. F. Ceyranov bildirib ki, yaxın vaxtlarda klinikanın fəaliyyəti yenidən bərpa olunacaq:
 
"Klinikanın lisenziya müddəti başa çatıb. Biz də hələ ki, Səhiyyə Nazirliyindən cavab gözləyirik. Çox güman ki, bir həftəyə klinika fəaliyyətini bərpa edəcək".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin saytında "Lanset Cərrahlıq Klinikası” MMC-nin 25931 seriyalı lisenziyasının bu ilin iyul ayının 14-də başa çatdığı qeyd olunub.