“Bircə dəfə ailə qurmuşam” – Vəfa

“Bircə dəfə ailə qurmuşam” – Vəfa
3494 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalova “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, aparıcı Mətanət Əliverdiyevanın maraqlı sualı ilə qarşılaşıb. Aktrisa “Sənin neçə soyadın var? Sən də gündə bir kişi dəyişirsən” sualına belə cavab verib:

“Bircə dəfə ailə qurmuşam. Bir ərim var”.

Vəfa Zeynalova daha sonra bir vaxtlar səs-küyə səbəb olan “İlahi məxluq” filmindəki açıq-saçıq səhnəsindən və söz-söhbətlərdən bəhs edib:
 
“O, söz-söhbətlərə əhəmiyyət vermirdim. Təkcə qızlarımdan ehtiyat edirdim. 16 yaşları var, onların internetə girmələrinə icazə yoxdur. Hər övlad üçün ana dağdır. Mənim haqqımda yazılan xoşagəlməz şərhləri oxumalarnı istəmirdim. Ailəmi qorumağa çalışırdım. Qızlarımın pis olmasından, valideynlərimin incidilməsindən narahat idim”.