"Hamıya elə gəlir ki, biz kef edirik" - Zaur

"Hamıya elə gəlir ki, biz kef edirik" - Zaur
2316 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Zaur Kamal “5/5” verilişində müğənnilərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, o, sənət aləminin nümayəndələri ilə işləməyin çətin olduğunu bildirib:
 
“Hamıya elə gəlir ki, biz efirdə yeyib-içib, kef edirik. Amma bir verilişin necə əsəblə çəkildiyi bilinmir. Yediyimiz zəhrimardır. Bu müğənnilərlə işləmək zülmdür. Biri gecikir, biri özünü naza qoyur. Bəs mənim nazımı kim çəksin? Heç kimin kefi ilə oynamıram. Deyirəm, gəlmisən, 1 saat çəkiliş edim, çıx get”.