Azərbaycanlı milyarder yaxtası ilə Egey sahilində - fotolar

Azərbaycanlı milyarder yaxtası ilə Egey sahilində - fotolar
3676 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən zəngin iş adamlarından olan azərbaycanəsilli milyarder Fərhad Əhmədov "Luna" adlı lüks yaxtası ilə Egey dənizi sahillərindədir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 115 metrlik "üzən saray"ı ilə dəniz səyahətinə çıxan milyarderin xanımı və üç uşağı da yanındadır. Datçadakı Knidos xərabələrini gəzən F.Əhmədov "Buranın təbiəti mükəmməldir. Dünyanın ən gözəl yerlərindən biridir, qədrini bilək" deyib.

Daha sonra sahildəki restoranların birində yemək yeyən Əhmədovlar ailəsi oradan 20 kiloqram badam alıb. Yaxtası ilə Hisarönü körfəzi istiqamətində hərəkət edən F.Əhmədov Fəthiyə Ölüdəniz və Rodosda dincəldikdən sonra Londona gedəcək.

Qeyd edək ki, "Nortqaz"ın sahibi, Rusiya vətəndaşı F.Əhmədov Yer kürəsinə su yolu ilə səyahət etmək üçün dünyanın ən bahalı yaxtası olan "Luna"nı rusiyalı milyarder Roman Abramoviçdən təxminən 135 milyon manata alıb.