“Maşını, evi analar, bacılar hədiyyə edib” – Mətanət

“Maşını, evi analar, bacılar hədiyyə edib” – Mətanət
4456 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova “Bığ” şounun qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı bir müddət əvvəl verdiyi “Bütün maşınlarımı mənə hədiyyə ediblər” açıqlamasına aydınlıq gətirib:

“Bu maşınları mənə bağışlayıblar. Necə durub deyim ki, onlara pul ödəmişəm. Avtomobilin satıldığı salon söyləməz ki, sən nə vaxt gəlib bizə pul verdin, maşın aldın? Hədiyyələri isə mənə analar, bacılar bağışlayıb. Başqa sənət adamlarına hansı yolla verilib, nəyə görə alıblar, məni maraqlandırmır,  özləri bilər. Kiminsə şəxsiyyətinə toxunmaq istəmirəm. Mən sənətim xatirinə qazanmışam. Səsimə görə veriblər. Elə oxumuşam ki, deyiblər, al bu, sənə qurbandır. Amma pulumu da kəsməyiblər”.

M.Əsədova sənətdən getmək istədiyini də bildirib:
 
“Allah mənə bir az imkan versə, oxumaram. Maddi cəhətdən bir az yüksəkdə olsam, sənət dostlarıma elə sürprizlər edərəm ki...”.

Qeyd edək ki, M.Əsədova açıqlamasında indiyədək 16 avtomobili olduğunu və onların hamısının hədiyyə edildiyini demişdi.