Azərbaycan filmi Venesiya festivalında

Azərbaycan filmi Venesiya festivalında
853 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Elçin Musaoğlunun çəkdiyi, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan  “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-a kimi keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalında nümayiş olunacaq.

Axşam.az-ın Kulis.az-a istinadən məlumatına görə, film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (Orizzonti) proqramında iştirak edəcək.  
 
Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.
 
Ən yaxşı bədii və sənədli filmlərə görə mükafat verilir.
 
Qeyd edək ki, bu proqramda E. Musaoğlu ilə yanaşı 16 rejissorun filmi yarışacaq. Proqrama eyni zamanda dünya şöhrətli İran rejissoru Mohsün Malmalbafın “Prezident” filmi də daxildir.
 
Festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun “Berdmen” qara komediyası ilə açılaca