Adelin 2 yaşlı oğlu məhkəməni uddu

Adelin 2 yaşlı oğlu məhkəməni uddu
1980 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur ingilis müğənnisi Adel iki yaşlı oğlunun adından paparassilər əleyhinə açdığı məhkəməni udub.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya Ali Məhkəməsinin qərarına görə, "Corbis Images UK" fotobankı ifaçının oğlu Ancelo Edkins Konekiyə "onun iradəsinin əleyhinə" internetdə şəkillərini yaydığına və "uşağın həyatının ən maraqlı anlarını özü istəmədən ictimailəşdirdiyinə görə" kompensasiya ödəməlidir. Təyin olunmuş məbləğ ən qısa müddətdə valideynlərinin hesabına köçürülməlidir.

Qeyd edək ki, məşhur ifaçı məhkəməyə paparassilərin onun ailə həyatına müdaxilə etməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdi.