İbrahim Tatlısəs əməliyyat olunacaq

İbrahim Tatlısəs əməliyyat olunacaq
1858 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sənətçi İbrahim Tatlısəs Amerikaya gedir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 mart 2011-ci ildə silahlı hücuma məruz qalan sənətkar uzun müalicədən sonra sağlamlığına qovuşmuşdu.

Amma qırılan kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu səbəbdən Tatlısəs Ramazan Bayramından sonra Amerikaya yollanacaq və əməliyyat masasına uzanacaq. Hücumdan sonra sol tərəfi iflic olan müğənni bu əməliyyatla sol qolunun hərəkət qabiliyyətini də yenidən qazanmağı hədəfləyir.