“Neçə ilin dostu idik, sevgiyə çevrildi” - video

“Neçə ilin dostu idik, sevgiyə çevrildi” - video
6580 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin verilişi "Onlar"da yenə maraqlı açıqlamalar veriblər.

Axşam.az-ın məlumatına görə, iyulun 27-də saat 14:00-da ATV telekanalında yayımlanacaq proqramın növbəti buraxılışında aparıcı Mətanət Əliverdiyevanın nəyə əsəbləşdiyini biləcəksiniz.

Müğənni Elnur Məmmədov şou-biznesin əjdahalarından, pələngindən danışacaq. “Onlar”ın Tatarıstan səfərində nələr baş verdi?
 
“Fort Boyard” iştirakçıları yarışmadakı maraqlı məqamları  tamaşaçılarla bölüşəcəklər. Müğənni Günay İbrahimlini ağladan səbəbi həftənin bazar günü biləcəksiniz. O, sevgiyə çevrilən dostluğundan danışacaq.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.