“Günayın məşhurluğunda nə dəyişdi ki?..” – Ayan

“Günayın məşhurluğunda nə dəyişdi ki?..” – Ayan
3585 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub.

 Axşam.az-ın məlumatına görə, sənətçi solo konsert verməməsinin səbəbini belə açıqlayıb:
 
“Solo konsert müğənninin məşhurluğunda heç nəyi dəyişmir. Mən həmin konserti verəndə daha da məşhurlaşmayacam. Özümü yalandan aldatmayacam ki... Əgər nə vaxtsa, tam fərqli formatda, ab-havada proqram hazırlaya biləcəmsə, onda bunu reallaşdıracam. Sevənlərim var, tamaşaçı məni bəyənir. Bu bəsimdir. Günay İbrahimli solo konsert verdi. Məşhurluğunda nə dəyişdi? Necə varsa, elə də qaldı”.

Ayan şou-biznesin maraqsızlaşdığını da etiraf edib:
 
“İndi şou-biznesə maraq qalmayıb. Qeyri-adi heç nə yoxdur. Çünki müğənniləri hər yerdə görürlər. Əvvəl qalmaqal edəndə aylarla, maraqla izlənirdi. İndi heç ona da baxan tapılmır”.